"Acta Botanica Caucasica" jurnalı COPE-nin (Committee on Publication Ethics) peşəkar təcrübə qaydalarına əsaslanaraq, nəşr fəaliyyətində etik standartların qorunmasını təmin edir. Jurnal elmi töhfələrin keyfiyyət və etibarlılığını təmin etmək məqsədilə şəffaflıq, dürüstlük və ədalət prinsiplərinə sadiqdir.
Bu standartları qorumaq məqsədi ilə "Acta Botanica Caucasica" nəşr prosesində etik qaydalara riayət edir və redaksiya qərarlarının kommersiya təsirlərindən azad olmasını təmin edir.
Nəşr prosesində iştirak edən bütün tərəflər - müəlliflər, redaktorlar, rəyçilər və nəşriyyat - etik davranış qaydalarına riayət etməlidirlər.
Redaktor və redaksiya heyətinin öhdəlikləri
Nəşr qərarları
Redaktor təqdim edilən məqalələrin nəşr olunması barədə yekun qərarı qəbul edir. Bu qərar jurnalın redaksiya siyasətinə və rəyçilərin dəyərləndirməsinə əsaslanır. Müəllif hüquqları, böhtan və plagiatla bağlı məsələlər nəzərə alınır, və redaktor ədalətli qərar qəbul etmək üçün rəyçilər və redaksiya heyəti ilə məsləhətləşə bilər.
Redaktor təqdim edilən əlyazmada məlumatları müəllifin icazəsi olmadan şəxsi məqsədlər üçün istifadə etməməli və əlyazma ilə bağlı etik şikayətlər olduqda müvafiq tədbirlər görməlidir.
Məxfilik
Redaksiya heyəti təqdim olunan əlyazmalar haqqında məlumatları yalnız müvafiq müəllif, rəyçilər və nəşriyyata açıqlayır.
Maraqların Toqquşması və Açıqlandırlması
Təqdim olunan əlyazmalardakı məlumatlar müəlliflərin icazəsi olmadan redaktor, rəyçi və ya üçüncü tərəflər tərəfindən istifadə edilməməlidir. Redaktor və rəyçilər müəllif və ya əlyazmanın aid olduğu qurumlarla maraqların toqquşması olduğu halda nəzərdən keçirmədən imtina etməlidir.
Maraqların toqquşması və ya səhvlər dərc edildikdən sonra aşkar edilərsə, jurnal müvafiq düzəlişlər həyata keçirəcəkdir.
Rəy Prosesinin Standartları və Apelyasiya Prosesi
Redaksiya qərarlarına töhfə
Rəy prosesi redaktorun nəşr qərarına töhfə verir və müəlliflərə konstruktiv rəy təqdim edir.
Məxfilik və obyektivlik
Rəyçilər əlyazmaları məxfi sənəd kimi qəbul etməli və yalnız redaktorun icazəsi ilə üçüncü tərəflərlə müzakirə etməlidir. Rəylər obyektiv aparılmalı və şəxsi tənqidlərdən uzaq, elmi dəyərə əsaslanmalıdır.
Şikayətlər və apelyasiya
Müəlliflərin redaksiya qərarına etiraz etmək və rəy prosesinə dair şikayət vermək hüququ var. Belə şikayətlər ədalətli şəkildə qiymətləndiriləcək, zəruri hallarda əlyazmanı başqa bir rəyçi yenidən dəyərləndirəcək. Yekun qərar redaktorun səlahiyyətindədir.
İnsan və heyvanlar üzərində tədqiqatların etik nəzarəti
İnsan və heyvanlar üzərində aparılan tədqiqatlarda "Acta Botanica Caucasica" bioetika prinsiplərinə əməl edilməsini tələb edir.
Təsdiq və etik uyğunluq
İnsan və heyvanlar üzərində aparılan tədqiqatlarda müvafiq etik təsdiq alınmalı (məsələn, Etika Komitəsi və ya müvafiq orqanın təsdiqi) və redaksiya heyəti tələb edərsə, bu təsdiq sənədləri təqdim edilməlidir. İştirakçıların məxfiliyi və rifahı qorunmalıdır.
Etik qaydalara uyğunluq
Müəlliflər insan və heyvanlar üzərində aparılan tədqiqatların bütün aspektlərinin bioetika qaydalarına və qanunlara uyğun olmasını təmin etməlidirlər. Redaktorlar və rəyçilər etik standartlara əməl olunmasını təsdiq edə və müvafiq sənədlər tələb edə bilərlər.
Müəlliflərin öhdəlikləri
Hesabat standartları
Müəlliflər tədqiqat nəticələrini dəqiq və obyektiv şəkildə təqdim etməli və tədqiqatın təkrarlanmasını təmin etmək üçün kifayət qədər detallı məlumat təqdim etməlidirlər.
Verilənlərin saxlanması
Lazım gələrsə, müəlliflər tədqiqatın ilkin məlumatlarını redaksiya baxışı üçün təqdim etməyə və nəşrdən sonra müəyyən müddət ərzində saxlamağa hazır olmalıdırlar.
Orijinallıq və plagiat
Müəlliflər yalnız orijinal işlərini təqdim etməli, digər mənbələrdən istifadə etdikdə isə düzgün istinadlar verməlidirlər. Plagiat qəti şəkildə qəbuledilməzdir.
Çoxsaylı, təkrar və ya eyni vaxtda dərc edilmə
Müəlliflər eyni tədqiqatı bir neçə jurnalda və ya eyni tədqiqat nəticələrini müxtəlif jurnallarda təqdim etməməlidirlər.
Maraqların toqquşması və maliyyə məlumatlarının açıqlanması
Müəlliflər əlyazmada nəticələri və ya təfsirləri təsir edə biləcək maliyyə və digər maraqların toqquşmasını açıqlamalıdır.
Nəşr olunmuş işlərdə səhvlərin düzəldilməsi
Müəlliflər dərc olunmuş işlərində ciddi bir səhv aşkar etdikdə, jurnalın redaktoru və ya nəşriyyatı ilə əlaqə saxlamalı və düzəliş və ya geri çəkilmə üçün əməkdaşlıq etməlidir.
Disclaimer
Bütün əlyazmalar "Acta Botanica Caucasica" jurnalında dərc olunmadan əvvəl anonim şəkildə ikiqat rəy prosesindən keçir və nəşr qərarları yalnız rəy nəticələrinə əsaslanır.