ISSN 2959-1864 (Online); ISSN 2958-0536 (Print); DOI: 10.30546/abc
ACTA

“Acta Botanica Caucasica” jurnalı Botanikanın bütün sahələri üzrə yüksək keyfiyyətli, yeni elmi tədqiqatların nəticələrinin nəşrini nəzərdə tutur. Jurnalın elmi mövzularının diapazonu kifayət qədər genişdir və botanika elminin Bitki Sistematikası, Morfologiyası, Anatomiyası, Paleobotanika, Etnobotanika, Geobotanika, Foristika və hətta Kənd Təsərrüfatı Elmləri kimi əsas sahələrini əhatə edir. Jurnalda müxtəlif səviyyələrdə eksperimental və laboratoriya tədqiqatlarına həsr olunmuş orijinal elmi məqalələr və resenziyalar dərc olunur, əsas diqqət bitkiçilik və aqrar sektorda məhsuldarlığın artırılmasına xidmət edəcək yeni metodların öyrənilməsinə yönəlir. Jurnalın əsas məqsədi yerli və xarici tədqiqatçıların geniş auditoriyaya ideya və tədqiqat nəticələrinin mübadiləsi üçün beynəlxalq forum yaratmaqdır. Eyni zamanda, bioloji amillərin layihə işinin nəzəri və innovativ aspektlərinə təsirini öyrənən tədqiqatları şərh etmək, o cümlədən əldə edilmiş nəticələrin elm sahəsində çalışan mütəxəssislər arasında ötürülməsinə kömək etmək, müzakirəyə rəhbərlik etmək, ən son nəticələrdən xəbərdar olmağa kömək etməkdir.

© Acta Botanica Caucasica, 2024